HAQQIMIZDA

FRUITS LAND" MMC kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət göstərən, Quba rayonunda yerləşən və bu sektorda etibarlı tərəfdaş kimi tanınan bir şirkətdir. Geniş məhsul çeşidi ilə bazarda sabit mövqeyə malik olan şirkətimiz, yüksək keyfiyyətli meyvə istehsalı və təchizatı üzrə ixtisaslaşıb.

Şirkətimizin əsas iş prinsipi — müştərilərlə peşəkarlığa əsaslanan qarşılıqlı və uzunmüddətli əməkdaşlıqdır. Bu yanaşma sayəsində "FRUITS LAND" MMC həm yerli, həm də xarici bazarlarda öz sözünü demiş, etibarlı brendə çevrilmişdir.

Biz yalnız istehsalçı deyil, eyni zamanda məhsullarımızın distribyutoruyuq. Müxtəlif ölkə və regionlardan olan partnyorlarla əməkdaşlıq nəticəsində zəngin təcrübə toplamışıq. Bu təcrübə, məhsullarımızın keyfiyyətini və müştəri məmnuniyyətini daim ön planda saxlamağımıza imkan verir.

Məhsullarımız öz bağlarımızda yetişdirilən, ekoloji cəhətdən təmiz və premium keyfiyyətli meyvələrdir. Vasitəçilər olmadan birbaşa əməkdaşlıq imkanımız, müştərilərimiz üçün daha sərfəli və şəffaf xidmət deməkdir. Hazırda istehsal etdiyimiz əsas məhsullar bunlardır:

  • Alma (fərqli növ və ölçülərdə)

  • Armud

  • Gilas

  • Şaftalı

  • Nektarin

  • Ərik

Bu məhsullar modern texnologiyalarla idarə olunan təsərrüfatlarımızda yetişdirilir və yüksək gigiyena standartlarına uyğun şəkildə qablaşdırılır.

fruitsland_log

Bizimlə əlaqəyə keç

Suallarınızı cavablamaqdan məmnunluq duyarıq

Scroll to Top